Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.
Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Qax Dövlət Kukla Teatrının səhnəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı b “Arşın Mal Alan” tamaşasını təqdim edib
20 sentyabr 2025-ci il tarixində Qax Dövlət Kukla Teatrının səhnəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı böyük bəstəkar, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Arşın Mal Alan” tamaşasını böyük uğurla təqdim etmişdir.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış, milli musiqi irsinin təbliği və iki teatr arasında mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından əlamətdar hadisəyə çevrilmişdir. Tədbir çərçivəsində Qax Dövlət Kukla Teatrı ilə Naxçıvan Dövlət Kukla Teatrı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Qax Dövlət Kukla Teatrının direktoru əməkdar artist Yusif Abdurahmanov Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədova diplom və xatirə hədiyyəsi təqdim edərək, kollektivə yeni yaradıcılıq uğurları arzulamışdır. Öz növbəsində Səyyad Məmmədov da Qax Dövlət Kukla Teatrına xatirə hədiyyəsini təqdim edərək, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam edəcəyinə inamını ifadə etmişdir.