Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Qısametrajlı filmlər müsabiqəsinə start verilib.

“Qoca Şərqin qapısı” qısametrajlı filmlər müsabiqəsi Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin məqsədi gənc istedadların axtarışı və onların üzə çıxarılması, aşkar edilmiş istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, həvəskar müəlliflərdə kinoya marağın oyadılması, kino sənətinin təbliği, Naxçıvanın tarixinin, tarix-mədəniyyət, həmçinin memarlıq abidələrinin, fauna və florasının, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.
Müsabiqə  1 oktyabr - 20 dekabr 2024-cü il tarixlərində keçirilir.
Müsabiqənin şərtləri:
Müsabiqəyə təqdim ediləcək qısametrajlı filmlərin həsr olunacağı mövzular:
- Naxçıvanın tarixi;
- Naxçıvanın tarix-mədəniyyət, eləcə də memarlıq abidələri;
- Naxçıvanın fauna və florası;
- Milli təfəkkürün formalaşmasında milli adət-ənənələrin və mənəvi dəyərlərin rolu.
Müsabiqədə 15 – 35 yaşlı Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkədə təhsil alan əcnəbi tələbələr iştirak edə bilərlər.
Müsabiqə peşəkar və həvəskar olmaqla iki kateqoriya üzrə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər Təşkilat Komitəsinə ərizə ilə (Ərizə üçün Naxçıvan Dövlət Film Fondu ilə əlaqə saxlanılmalıdır.) müraciət edir və qısametrajlı filmi rəqəmsal daşıyıcıda  təqdim edirlər.
Müsabiqəyə indiyədək heç yerdə yayımlanmayan filmlər buraxılır.
Təqdim olunan çarxlar 2023 – 2024-cü illərdə istehsal olunmalı və xronometrajı 15 dəqiqədən çox olmamalıdır.
Müəlliflərin ərizə və hazırladıqları filmlər 16 dekabr 2024-cü il tarixədək Naxçıvan Dövlət Film Fondunda qəbul olunur (ünvan: Naxçıvan şəh., Heydər Əliyev pr. 1, Heydər Əliyev Sarayı. Tel.: 544-50-86. Elektron poçt: naxfilm@mail.ru).