Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Qodonun intizarında" – Naxçıvan teatrında möhtəşəm premyera!

24 may 2025-ci il tarixində Naxçıvan Dövlət Milli Dram Teatrında Samuel Bekketin dünya teatr ədəbiyyatının əfsanəvi absurd əsəri olan "Qodonun intizarında" tamaşasının premyerası baş tutub.
Əsərin səhnə yozumu teatrsevərləri dərin fəlsəfi düşüncələrə apararaq, zaman, gözlənti və mənasızlıq içindəki həyat paradokslarını ustalıqla səhnəyə daşıyıb.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Araz Xudiyevdir. Rolları isə
Vladimir obrazını Behruz Haxverdiyev, Estraqon obrazını Zakir Fətəliyev, Poçço obrazını Məmməd Mehdiyev və Lakki obrazını İsmayıl Mirzəcanov canlandırdıb
Tamaşanın bədii dili, səhnə tərtibatı və aktyor ifaları tamaşaçılarda dərin təəssürat yaradıb. Fərqli rejissor yanaşması və minimalist vizual həllər əsərin absurd fəlsəfəsini daha da gücləndirib.
Tamaşanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov, Türkiyənin Naxçıvanda Baş Konsulu Asip Kaya
və digər dövlət və hökumət nümayəndələri izləyib.Tamaşa izləyənlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Qodonun intizarında" tamaşası yaxın günlərdə yenidən nümayiş olunacaq.