Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Rəsmlərdə yaşayan zəfər səlnaməsi adlı rəsm müsabiqəsi keçiriləcək

Müsabiqənin keçirilməsində əsas məqsəd Muxtar Respublikada yaşayan istedadlı və həvəskar rəssamların aşkar edilib üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
Gənc nəslin xalqımızın qədim və zəngin mədəni irsindən faydalanmaqla mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsidir.
Muxtar Respublikada fəaliyyət göstərən həvəskar rəssamların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.
Müsabiqədə iştirak etmək istəyənlər 26 sentyabr 2025-ci il tarixdən 10 oktyabr 2025-ci il tarixədək Naxçıvan Dövlət Rəsm Qalereyasına gəlməklə və ya 036-544-55-03 və 051-968-02-08 nömrələrinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
- Müsabiqədə Muxtar Respublikada yaşayan həvəskar rəssamlar iştirak edir.
- Müsabiqə 2025-ci ilin oktyabr-noyabr ayında keçiriləcək.
- Müsabiqədə iştirak edəcək şəxslər 2025-ci il 10 oktyabr tarixədək Naxçıvan Dövlət Rəsm Qalereyasına müraciət etməlidir.
- İştirakçıların mövzu ətrafında işləməsi üçün 3 saat vaxt verilir. Müsabiqədə rəsmlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində (yağlı boya, akvarel, qrafika, pastel və s.) mövzuya uyğun olara işlənməlidir. Əsərlər naturadan və yaxud müəllif təxəyyülü ilə istənilən janrda işlənə bilər.
- Hər iştirakçı maksimum 2 iş təqdim edə bilər
Müsabiqə iştirakçılarının işləri hər iki turda münsiflər heyəti tərəfindən 10 (on) ballıq sistemlə qiymətləndirilir.
Qiymətləndirmə “mövzunun aktuallığı”, “işləmə texnikası”, “kompozisiya” və “qurma” meyarları üzrə aparılacaqdır.
Qiymətləndirmədə münsiflər heyəti tərəfindən verilmiş yekun ballar əsasında qaliblər müəyyən ediləcək.
Müsabiqədə qaliblər üçün bir 1-ci, iki 2-ci, üç 3-cü yer müəyyən ediləcəkdir.
Müsabiqə qalibləri diplom, fərqlənən iştirakçılar isə fəxri fərman və qiymətli hədiyyələrlə ilə təltif ediləcəkdir.