Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Rəssam Qəhrəman Tağıyev əsərlərini muzeylərə hədiyyə edib

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəsamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər”adlı fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət və incəsənət nümayəndələrinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və rəssamın ailə üzvlərinin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan mədəniyyətinin bütün sahələri kimi rəngkarlığın, rəssamlıq məktəbinin tərəqqisinin də bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, xalqın müdrik oğlunun təşəbbüsü ilə yaradılan  Naxçıvan Dövlət Rəsm Qalereyasının, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının muxtar respublikada rəssamlığın inkişafına, gənc rəssamların yetişib, püxtələşməsinə təsirindən danışıb.

Naxçıvan rəssamlarının qiymətli sənət inciləri yaratmaqla mədəniyyətimizin inkişafına öz töhfələrini verdiyini bildirən  Natəvan Qədimova fərdi sərgisi keçirilən Qəhrəman Tağıyevin həyatı və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, öz palitrasını yaradaraq, individual bədii həll yolunu cızan, təkrarolunmaz sənət əsərləri ərsəyə gətirən Qəhrəman Tağıyev bu günə qədər bir çox festival və müsabiqələrin qalibi olub, əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Mədəniyyət naziri Qəhrəman Tağıyevi fərdi sərgisi münasibəti ilə təbrik edib, ənənəni  davam etdirərək əsərlərini muzeylərə hədiyyə etdiyi üçün təşəkkürünü bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva Qəhrəman Tağıyevin yaradıcılığının janr baxımından rəngarəng olduğundan bəhs edib. Fırça ustasının realist, müasir üslubda işlənmiş portret, kompozisiya, natürmort və mənzərələrində mədəni irsimizin, milli adət-ənənələrimizin, Naxçıvanın zəngin təbiətinin, möhtəşəm tarixi abidələrinin öz əksini tapdığını vurğulayıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, rəssamın sənət dostları-Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli Qəhrəman Tağıyevin yaradıcılığının özünəməxsus xüsusiyyətləri barədə fikirlərini bölüşüb, xatirələrini danışıblar.

Çıxışlarda vurğulanıb ki,Qəhrəman Tağıyevin gerçəkçi-realist bədii yanaşma ilə ərsəyə gətirdiyi sənət nümunələrində dünyamıza özünəməxsus münasibəti, qəlbindəki işığı görmək mümkündür. Rəssam bu gün, həm də gənc rəssamlar nəslinin yetişməsi üçün çalışır.

Sonda çıxış edən Qəhrəman Tağıyev sərginin təşkilinə, əməyinə verilən dəyərə görə minnətdarlıq edib, əsərlərinin muzeylərdə yer alacağından məmnunluq hissi  keçirdiyini bildirib. Rəssam sərgidə nümayiş etdirilən 32 rəsm əsərindən 10-nunu Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə edib.

Tədbirin sonunda sərgiyə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti