Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Ruha məlhəmdir balaban” adlı solo konsert keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən istedadlı uşaqların, yeniyetmələrin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılması istiqamətində aparılan işlər davam etdirilir.
Belə ki, Naxçıvan Dövlət Uşaq teatrında Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin V sinif şagirdi İbrahim Abdullayevin solo konserti keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Yusifova bildirib ki, hər bir xalqın dünya mədəniyyəti xəzinəsinə verdiyi özünəməxsus töhfələri vardır ki, bunlar həmin xalqın milli sərvəti sayılır. Milliliyimizin təsdiqi olmaqla bərabər, həm də dünyəviləşən belə dəyərlərimizdən biri də qədim çalğı alətimiz balabandır. Vurğulanıb ki, solo konserti keçirilən İbrahim Abdullayev Muxtar Respublikanın yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan istedadları” incəsənət festivalında birinci, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş muxtar respublika ifaçılıq müsabiqəsində isə ikinci dərəcəli diplomlara layiq görülmüşdür.  
Tədbirin bədii hissəsində, “Rast” muğamı, “Cəngi” kompozisiyası, “Bayatı Şiraz” muğamı, “Tənzərə” yallısı və digər muğam və xalq mahnıları, rəqs nümunələri təqdim olunub.
Solo konsert tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.