"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Naxçıvan Muxtar Respublikasının 102 illiyinə həsr olunmuş Spray Art sərgisi keçirilib
Naxçıvan Muxtar Respublikası Mədəniyət Nazirliyi tərəfində gənc istedadların üzə çıxarılması istiqamətində görülən işlər davam edir.
Belə ki, Naxçıvanda ilk dəfə olaraq Nazirliyin tabeliyində fəaliyyət göstərən Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin Fleyta ixtisası üzrə müəllimi Eminli Ayselin animasiya ruhlu rəsmlərdən ibarət sprey boya ilə çəkilmiş rəsmlərdən ibarət sərgisi keçirilib.
Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən sərgini giriş sözü ilə açan mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, təqdim edilən rəsmlər parlaq rəng palitrası, dinamik kompozisiya və obrazların emosional ifadə gücü ilə seçilir. Əsərlərdə həm klassik animasiya məktəbinin təsiri, həm də müasir rəqəmsal incəsənətin elementləri aydın hiss olunur.
Nazir müavini qeyd edib ki, animasiya üslubunun rəngkarlıqda tətbiqinin son illər daha da geniş yayıləb. Bu cür layihələr gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və müasir incəsənətin inkişafına töhfə verir.
Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, bu sərgi bir daha sübut edir ki, incəsənət sərhəd tanımır.Ekran üçün yaradılmış estetika bu gün sərgi salonunda yeni məna qazanır.
Sərgidə çıxış edən Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli vurğulayıb ki, sərginin əsas məqsədi animasiyanın yalnız ekran sənəti deyil, həm də təsviri incəsənətdə güclü ifadə vasitəsi olduğunu göstərməkdir.
Sonra Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək bildirib ki, parlaq və kontrast rənglər, dinamik süjet xəttləri, fantaziya elementləri və emosional obrazlar sərginin əsas vizual xəttini təşkil edir.
Tədbirin bədii hissəsində gənc istedadın tələbələri ilə birlikdə ifaları dinlənilib.
Sonda sərgiyə baxış keçirilib.