Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Naxçıvan Regional Mədəniyyət İdarəsinin gənclərdən ibarət kollektivinin muzeylərə ekskursiyası təşkil olunub.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Naxçıvan Regional Mədəniyyət İdarəsinin gənclərdən ibarət kollektivinin Naxçıvan Dövlət Tarix Muzeyi, Bəhruz Kəngərli Muzeyi və Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı iştirakçılara muzeylərdə qorunub saxlanılan eksponatlar, tarixi sənədlər, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən materiallar haqqında ətraflı məlumat verilib.
Gənclər xüsusilə Naxçıvanın qədim şəhərsalma ənənələri, milli memarlıq nümunələri və regionun mədəni inkişaf mərhələləri ilə bağlı maraqlı faktlarla tanış olublar.
Qeyd edək ki, ekskursiyanın məqsədi gənclərin Naxçıvanın zəngin tarix və memarlıq irsi ilə daha yaxından tanış olmalarını təmin etmək, onların milli-mədəni dəyərlərə marağını artırmaq və tariximizin öyrənilməsinə töhfə verməkdir.