Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağlar Türbə Kompleksinə həsr olunmuş tədbir keçirilib

Ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda “Qarabağlar Türbə Kompleksi qədim Azərbaycan memarlığının nadir incilərindən biri kimi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nin elan olunmasının tarixi-mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Cəlil Rüstəmov “Qarabağlar türbəsi Kəngərli rayonunun mədəniyyət xəzinəsi”, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva isə “Qarabağlar türbəsi tarixi yaddaş və milli dəyərlər kontekstində” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Qarabağlar Türbə Kompleksinin Azərbaycan memarlıq irsinin ən qiymətli nümunələrindən biri olduğu qeyd edilib. Bildirilib ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII–XIV əsrlərə aid olan kompleks yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq memarlığının nadir incilərindən hesab olunur.
Tədbir bədii hissə ilə davam edib, Kəngərli Rayon Mədəniyyət Sarayının musiqi kollektivi tərəfindən konsert proqramı təqdim olunub.
Sonda iştirakçılar Qarabağlar Türbə Kompleksi ilə yaxından tanış olub, abidənin memarlıq xüsusiyyətləri və tarixi haqqında ətraflı məlumat əldə ediblər.