Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa rayon ərazisində yerləşən tarix və mədəniyyət abidələrində ətraf mühitin qorunması məqsədilə ekoloji aksiya keçirilib
Culfa Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən keçirilən aksiyanın əsas məqsədi tarixi-mədəni irsin qorunması ilə yanaşı, abidə ətrafında ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və ərazinin daha da abadlaşdırılmasına töhfə verməkdir. Eyni zamanda bu təşəbbüs ictimaiyyətin diqqətini mədəni irsin mühafizəsi və ətraf mühitə həssas yanaşmanın vacibliyinə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, bu kimi təşəbbüslər tarixi abidələrin qorunması ilə yanaşı, onların yerləşdiyi ərazilərin cəlbediciliyinin artırılmasına, turizm potensialının inkişafına və gələcək nəsillərə daha sağlam və yaşıl mühitin ötürülməsinə xidmət edir.