“Şəhərsalma və Memarlıq”ili çərçivəsində “Mühəndislər şeyxi: Əcəmi Naxçıvani” adlı tədbir keçirilib Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əcəmi seyrangahında görkəmli memarın irsinə həsr olunmuş tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparatının aparıcı məsləhətçisi Elvin Əhmədov qeyd edib ki, “Şəhərsalma və Memarlıq”ilində Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi geniş şəkildə qeyd edilir. Keçirilən tədbirlərin məqsədi böyük memarın zəngin yaradıcılığını tanıtmaq, onun memarlıq məktəbinin əhəmiyyətini bir daha diqqətə çatdırmaqdır.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma AltındaMuzey Kompleksinin bələdçisi Jalə Mirzəyeva Əcəmi Naxçivaninin şah əsəri olan Möminə xatun türbəsi haqqında ətraflı məlumat verib.
Yusif Küseyiroğlü türbəsində davam edən tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Kubra Əliyeva , Cəlil Məmmədquluzadənin Ev Muzeyinin ekskursiyaçısı Aytac Ələkbərova çıxışlarında bildiriblər ki, Əcəminin əsərlərində funksionallıqla gözəllik mükəmməl şəkildə uzlaşdırılıb. Xüsusilə onun tətbiq etdiyi ornamentlər, həndəsi formalar və tikinti texnikaları sonrakı nəsil memarlar üçün ilham mənbəyinə çevrilib.
Vurğulanıb ki, Əcəmi Naxçıvaninin irsi təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mədəni mirasdır. Onlar gənc nəslin bu irsi daha yaxından öyrənməsinin vacibliyini qeyd ediblər.