Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Səməd Vurğun-Azərbaycan şeirinin parlaq ulduzu" mövzusunda tədbir keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı zəngin bədii irsindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Yadigar "Səməd Vurğun yaradıcılığı", Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universiteti Teatr və mədəniyyətşünaslıq kafedrasının dosenti Gülxarə Əhmədova "Səməd Vurğun dramaturgiyası milli ruhun səhnə təcəssümü" mövzusunda çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Tofiq Seyidov Səməd Vurğunun "Şair nə tez qocaldın sən" şeirini bədii qiraət edib.
Tədbirdə Naxçıvan Tibb Kollecinin tələbələrinin hazırladığı "Vaqif" dramından səhnə nümayiş olunduqdan sonraSəməd Vurğunun şeirləri səsləndirilib.