Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Səni unutmadım ki...” kitabının təqdimatı keçirilib.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Maarif Təmkinin “Səni unutmadım ki...” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, ədəbi yaradıcılığa ötən əsrin 90-cı illərindən başlayan Maarif Təmkinin şeirləri dövri mətbuat səhifələrində, “Zorbulağın zümzüməsi”, “Çinar ömrü” və s. adlı ədəbi almanaxlarda çap olunub. Təqdimatını keçirdiyimiz “Səni unutmadım ki...” adlı kitabı şairin oxucularla iyirmi ikinci görüşüdür. Bu kitabda Maarif Təmkinin müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik, məhəbbət və təbiət mövzularında şeirləri toplanıb. Şairin şeirləri olduqca axıcı və mənalıdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Maarif Təmkinin qələmindən süzülüb gələn vətən, yurd sevgisi” adlı mövzu ilə çıxış edərək bildirib ki, Maarif Təmkin poeziyasının özünəməxsusluğu vətəndaş mövqeyinin, vətənə bağlılığın yüksək səviyyədə olmasındadır. Onun qoşmalarında milli dəyərlərimiz, mənəvi gözəlliklər öz əksini tapıb. Maarif Təmkini həm də təbiət vurğunu adlandırmaq olar. O, döğma yurdu olan Şahbuzun təbiətini, dağlarını, havasını öz şeirlərində vəsf edib. Yazdığı kitablarda əsl vətəndaşlıq kimliyi göstərən şairin “Saz ətirli dünyam”, “Qismət olsa görüşərik”, “Dağlar mənsiz darıxacaq”, “Anam yadıma düşür”, “Haqqa sarı yol gedirəm”, “Salam, ay ata yurdum” və başqa kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Sonra şairin qələm yoldaşları Elxan Yurdoğlu, Yadulla Zaman, Sona Teymurbəyli, Süsən Kərimli, Dilbər Şahbuzlu, Mirkərim Həsrət, Zeyqəm Vüqar, dostları Yaşar Nuriyev, Yunis Quliyev müəllifin yeni çapdan çıxan kitabı haqqında təəssüratlarını paylaşıb, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri şeirlərini qiraət ediblər.
Tədbirin sonunda iştirakçılar müəllifin kitabxananın fondunda olan digər kitabları ilə tanış olublar.