Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Şərqin qapısı” teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru və pedaqoqu Ceyhun Dadaşov tərəfindən ustad dərsi keçirilib

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən “Şərqin qapısı” teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru və pedaqoqu Ceyhun Dadaşov tərəfindən ustad dərsi keçirilib.
“Pantomima – aktyor sənətinin tərkib hissəsi kimi” mövzusuna həsr olunan təlimdə festival iştirakçıları, teatr aktyorları, eləcə də Naxçıvan Dövlət Universitetinin “Teatr və mədəniyyətşünaslıq” kafedrasının tələbələri və Naxçıvan Musiqi Kollecinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Ustad dərsi zamanı pantomima sənətinin aktyor yaradıcılığındakı rolu, bədən plastikasının səhnə ifadə vasitəsi kimi əhəmiyyəti, emosiyaların sözsüz təqdim olunma texnikaları barədə ətraflı məlumat verilib. Təlim interaktiv müzakirələr və praktik məşqlərlə davam etdirilib.
Qeyd edək ki, “Şərqin qapısı” teatr festivalı müxtəlif tamaşalar, ustad dərsləri, panel müzakirələri və yaradıcı görüşlərlə teatr sənətinin inkişafına töhfə verməyi hədəfləyir.