Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Şərqin qapısı” teatr festivalı çərçivəsində növbəti panel görüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş, 8–11 may tarixlərində keçirilən “Şərqin qapısı” teatr festivalı çərçivəsində növbəti panel görüş təşkil olunub.
Festival proqramına uyğun olaraq keçirilən paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda çıxış edib. Panel zamanı müasir teatr prosesləri, rəqəmsal texnologiyaların səhnə sənətinə təsiri, süni intellektin teatr estetikasında yaratdığı yeni yanaşmalar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş interaktiv müzakirələr və fərqli üslublarda təqdim olunan maraqlı eksperimentlərlə yadda qalıb. İştirakçılar teatrın müasir dövrdə keçirdiyi transformasiya prosesinə dair suallar ünvanlayıb, müxtəlif yaradıcı yanaşmalar nümayiş etdirilib.
Panel görüşünün sonunda festival iştirakçıları ilə xatirə fotosu çəkdirilib.