Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Şərqin qapısı” teatr festivalı uğurla davam edir

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən təşkil olunan, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və teatrın 143 illik yubileyinə həsr edilmiş “Şərqin qapısı” teatr festivalı uğurla davam edir.
Festivalın üçüncü günündə Şuşa Dövlət Musiqili Dram Teatrı böyük dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Valeh Məmmədovdur. Tamaşada rolları aktyorlar Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Nihad Heybətov, Rasəf Mehdiyev və Orxan Abışov məharətlə ifa ediblər.
Festival çərçivəsində nümayiş olunan tamaşalar Azərbaycan teatr sənətinin zəngin ənənələrinin təbliği, teatrlararası yaradıcılıq əlaqələrinin genişləndirilməsi və milli dramaturgiyanın inkişafına töhfə vermək məqsədi daşıyır.