Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Şərqin qapısı” teatr festivalında Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel” tamaşası nümayiş olunub

Ulu Öndər Heydər Əliyevin 103, Naxçıvan Teatrının isə 143 illik yubileyinə həsr olunan “Şərqin qapısı” teatr festivalının ilk günündə Azərbaycan Dövlət Pantomima Teatrı tərəfindən N.V. Qoqolun “Şinel” əsəri əsasında hazırlanmış psixoloji qarabasma tamaşası nümayiş etdirilib.
Festival çərçivəsində təqdim olunan tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşovdur. Səhnə əsərində əməkdar artist Nargilə Qəribova ilə yanaşı aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Cavad Nuriyev, Nuridə Musabəyli, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynova çıxış ediblər.
Psixoloji elementlərlə zəngin olan tamaşa festival iştirakçıları və teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşada insanın daxili dünyası, cəmiyyət içində tənhalıq hissi və mənəvi sarsıntılar pantomima sənətinin özünəməxsus ifadə vasitələri ilə tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, “Şərqin qapısı” teatr festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may tarixlərində keçirilir.