Şərur Rayon Mədəniyyət Sarayında növbəti solo konsert keçirilib
Solo konsertdə əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdi Zəhra Abbasova haqqında məlumat verildikdən sonra slayd təqdim edilib.
Daha sonra Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Şəfiqə Axundova, Oktay Rəcəbov, Akşin Əlizadə, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Süleyman Ələsgərov, həmçinin xarici bəstəkarlardan Frederik Şopen Yuriy Vesnyak, Nataliya Baklanova, Gibran Alcocer və başqalarının əsərləri səsləndirilib.
Tədbirin sonunda Şərur Rayon Mədəniyyət İdarəsinin fəxri fərmanı istedadlı şagirdə təqdim olunaraq.
Solo konsert tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.