Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Şərur Rayon Xalq Teatrı “Tamahkar” tamaşasını nümayiş etdirib

  Oktyabrın 10-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən görkəmli dramaturq Süleyman Sani Axundovun  ilk yaradıcılıq əsəri sayılan “Tamahkar” əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Şərur Rayon Mədəniyyət Sarayında təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğludur.
     Tamaşada  Məhərrəm Əbilsoy, Məlahət Həsənova,Vəli Hüseynov,Tahir Seyidov, Neymət İslamoğlu və digər aktyorlar rol alıb.
Səhnə əsərində xəsislik, tamahkarlıq kimi mənfi xüsusiyyətlər gülüş hədəfinə çevrilib.