Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Şərur rayonunda muzey ekskursiyaçıları və tədbir aparıcıları üçün“Diksiya təlimi”nə start verilib

Şərur şəhərində yerləşən “Bahar” kinoteatrında təşkil olunan təlimə Şərur Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən 20-yə yaxın muzey ekskursiyaçısı və tədbir aparıcısı cəlb olunub.
Bu məqsədlə təşkil olunan görüşdə Şərur Regional Mədəniyyət İdarəsinin müdiri İman Alırzayev çıxış edərək təlimin keçirilməsinin məqsədi barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, təlimi Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Nəsimi Məmmədzadə aparacaq. Təlim çərçivəsində düzgün tələffüz, nitq, səs və nəfəs məşqləri, intonasiya, vurğu, temp və pauzaların tətbiqi, sözlərin aydın və düzgün ifadə olunması, həmçinin ləhcənin aradan qaldırılması üzrə məşğələlər keçiriləcək. Eyni zamanda iştirakçıların auditoriya qarşısında sərbəst çıxış, özünüifadə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, muzey ekskursiyalarının və tədbirlərin daha təsirli təqdim olunması istiqamətində praktiki işlər aparılacaq.
Daha sonra təlimin ilk məşğələsi keçirilib. Məşğələ zamanı iştirakçılara düzgün nəfəsalma və səsdən istifadə, aydın və düzgün tələffüz, intonasiya və nitq texnikası ilə bağlı praktiki tapşırıqlar verilib.