Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Şərur" Xalq Yallı Ansamblı 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında ölkəmizi uğurla təmsil edib

24-26 iyul 2026-cı il tarixlərində Türkiyə Respublikasının Artvin vilayətinin Şavşat rayonunda keçirilən 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında ölkəmizi Şərur Regional Mədəniyyət İdarəsinin "Şərur" Xalq Yallı Ansamblı təmsil edib.
Festivalın açılış mərasimindən əvvəl rəsmi şəxslərin, qonaq qismində festivala qatılan ölkələrin iştirakçılarının iştirakı ilə şəhər mərkəzinə doğru təntənəli festival yürüşü keçirilib. Yürüşdən sonra festivalın rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində rəsmi qonaqlar çıxış edərək festivalın xalqlar arasında dostluq, mədəni əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin inkişafındakı rolunu vurğulayıblar.
Şavşat Kaymakamlığı və Şavşat Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq festivalda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin müxtəlif bölgələrindən rəqs və musiqi kollektivləri iştirak edərək milli mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Festivalın sonrakı günləri Şavşatın məşhur Sahara yaylağında davam etdirilib. "Şərur" Xalq Yallı Ansamblı qədim yallılarımızı yüksək peşəkarlıqla nümayiş etdirib. Ansamblın çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. İfa olunan yallılar milli-mədəni irsimizin zənginliyini nümayiş etdirməklə yanaşı, Azərbaycan xalqının qədim folklor ənənələrinin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verib.
Festival çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi adından Şavşat Bələdiyyəsinin sədrinə xatirə hədiyyəsi təqdim olunub. Hədiyyə Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinin rəmzi kimi təqdim edilib.
"Şərur" Xalq Yallı Ansamblının 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalındakı uğurlu çıxışı yallılarımızın beynəlxalq arenada tanıdılması, eləcə də Azərbaycan-Türkiyə dostluq və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.