Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Şərur" Xalq Yallı Ansamblı Türkiyədə keçiriləcək beynəlxalq festivala yola düşüb

Şərur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən "Şərur" Xalq Yallı Ansamblı Türkiyə Respublikasının Artvin vilayətinin Şavşat rayonunda keçiriləcək 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında iştirak etmək üçün yola düşüb. 

24–26 iyul 2026-cı il tarixlərində Şavşat Kaymakamlığı və Şavşat Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda "Şərur" Xalq Yallı Ansamblı Azərbaycanı və zəngin milli yallı sənətimizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcək.

Festival çərçivəsində müxtəlif ölkələrin folklor kollektivlərinin iştirakı ilə konsert proqramları, mədəni tədbirlər və yaradıcılıq görüşləri təşkil olunacaq. Ansamblın təqdim edəcəyi qədim Şərur yallıları milli-mədəni irsimizin təbliğinə, ölkələrimiz arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.