Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Şahbuz Rayon Xalq Teatrı İsi Məlikzadənin '' Subaylarınızdan Görəsiniz '' Komediyası əsasında hazırladığı tamaşasını teatrsevərlərə təqdim edib

18 dekabr 2024-cü il tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayında Şahbuz Rayon Xalq Teatrı İsi Məlikzadənin '' Subaylarınızdan Görəsiniz '' Komediyası əsasında hazırladığı tamaşasını teatrsevərlərə təqdim edib.
Tamaşaya Şahbuz Rayon Mədəniyyət Sarayının Bədii rəhbər - rejissoru Bayram Bağırovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Səadət Abdinova, musiqi tərtibatçısı Muxtar Bağırovdur.
Tamaşada rolları Bayram Bağırov, Səadət Abdinova, Elbəyi Qəhrəmanov, Amil Əsgərov, İlahə Səfiyeva, Tahirə Hacıyeva, Allahverdi Yolçuyev, Səfər Həziyev canlandırıblar.
Qeyd edək ki, səhnə əsərinin əsas süjet xəttini iki qonşu arasında gərgin ailə münasibətləri təşkil edir. Seyfi və Səməninin Əlipaşanın evinə gəlməyinin məqsədi oğulları Mailin nişanının qaytarılması idi, bu səbəbdən tərəflər arasında mübahisə baş verir. Tamaşanın əsas rollarından olan Mail səhvən Qəndabın yerinə Çiçəyi qaçırdır amma, daha sonra onlar arasında sevgi yaranır. Seyfi və Səməninin qızı Qəndab Bakıda gələn sevgilisi Fəqanla evlənir.
Tamaşaçılar tərəfindən izlənən səhnə əsəri alqışlarla qarşılanıb.