Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Şanlı tarixin memarı” mövzusunda tədbir keçirilmişdir

15 oktyabr tarixdə İ.Qasımov  adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  Kitabxanasında  İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə “Şanlı tarixin memarı” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizin bənzəri olmayan qızıl dövrüdür. Cənab İlham Əliyev Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Bu səhifənin ilk kəliməsi zəfərlə başlayır. Torpaqlarımızı düşmən tapdağından azad etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin ən ülvi,  müqəddəs vəsiyyətini, ümdə arzusunu yerinə yetirmiş oldu...

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı “Şanlı tarixin memarı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova “İlham Əliyevin mədəniyyət siyasəti” və  İ.Qasımov  adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy  “Tarix yazan lider” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 il ölkənin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin  ən parlaq səhifəsidir. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. 44 günlük vətən müharibəsində qazanılmış tarixi zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir.

Tədbirin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətindən bəhs olunan   kitablardan ibarət sərgiyə  baxış keçirilmişdir.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin və İ.Qasımov  adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  əməkdaşları iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

15.10.2023