
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytında (nculture.gov.az) musiqi və incəsənət məktəblərinin müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı xüsusi bölmə yaradılıb. Bölmədə sertifikatlaşdırmaya dair normativ hüquqi aktlar və proqramlar yerləşdirilib. Müvafiq sənədlərlə https://nculture.gov.az/serfikasiya linki vasitəsilə tanış olmaq mümkündür.
Bölmədə sertifikatlaşdırma prosesi ilə bağlı operativ məlumatlar, həmçinin qaydaların və mərhələlərin izahına dair materiallar mütəmadi olaraq yerləşdiriləcək.
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlər onları maraqlandıran suallarla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin office@nculture.gov.az elektron poçt ünvanına və sosial media hesabları üzərindən müraciət edə, eləcə də iş günləri saat 09:00-dan 18:00-dək 036-545-03-51 və 036-545-78-73 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün sertifikatlaşdırmanın 2027-ci ilin ikinci rübünün sonunadək keçirilməsi nəzərdə tutulur.