Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Simurq quşu” tamaşası Bakı tamaşaçılarının böyük marağına səbəb olub

24 fevral 2026-cı il tarixində C.Məmmədquluzadə Naxçıvan Dövlət Milli Dram Teatrı paytaxt tamaşaçıları qarşısında uğurla çıxış edib. Tamaşa Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanmış “Simurq quşu” səhnə işi ilə təqdim olunub.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Akademik Rus Dram Teatrının təşkilati dəstəyi ilə ərsəyə gəlib. Naxçıvan teatrının Bakı səfərinin baş sponsoru Babək SİRAB ASC olub.
Tamaşada əsas rolları əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar artist Behruz Haxverdiyev, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbnəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar.
Səhnə əsərinin yüksək bədii səviyyədə hazırlanmasında teatrın yaradıcı heyətinin böyük zəhməti olub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubova olub.
Tamaşanın sonunda əsərin müəllifi, xalq yazıçısı Kamal Abdulla səhnəyə çıxaraq aktyor və yaradıcı heyəti təbrik edib, tamaşanın yüksək bədii-estetik məziyyətlərini vurğulayıb, kollektivə gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
“Simurq quşu” tamaşası Naxçıvan teatrının Bakı səfəri milli teatr sənətimizin təbliği baxımından əlamətdar hadisə kimi yadda qalıb.