Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Son 3 ay ərzində mədəniyyət müəssisələrinə 232 nəfər işə qəbul edilib

Cari ilin avqust-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrə ümumilikdə 232 nəfər işə qəbul edilib.
Belə ki, avqust ayında Dövlət İmtahan Mərkəzi və Nazirliyin birgə keçirdiyi müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş 8 nəfər musiqi məktəblərində müəllim vəzifəsinə təyin edilib.

Sentyabr ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələrinə uyğun olaraq uğur qazanmış 5 namizəd musiqi məktəbinə direktor təyin edilib.
Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə sentyabr-oktyabr ayları ərzində keçirilən müsahibələr nəticəsində ümumilikdə 79 nəfər işə təyin edilib.
Teatr müəssisələrinə işə qəbul üçün keçirilən müsahibələrdə isə 7 nəfər uğur qazanaraq işlə təmin edilib.

Əlavə olaraq müvafiq dövr ərzində Nazirliyin Aparatı və tabe müəssisələrində müddətli müqavilə əsasında ümumi vəzifələrə,həmçinin texniki işlərə ştat vahidinə uyğun olaraq işçi qəbulu həyata keçirilib.

Qeyd edək ki, mədəniyyət müəssisələrində kadr potensialının möhkəmləndirilməsi, istedadlı şəxslərin işlə təmin edilməsi bundan sonra da davam etdiriləcək.