Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Tələbələrlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin muzeylərdə istehsalat təcrübələrinə yekun vurulub.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində tələbələrlə görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, ölkənin əsas mədəniyyət müəssisələri kimi muzeylər mədəni turizmin inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Mədəni turizm regionun inkişaf strategiyasında əsas faktor kimi mühüm yer tutur.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentin baş məsləhətçisi Elşən Mehralıyev muzey və turizm arasında qarşılıqlı əlaqələrdən, turizmin inkişafında muzeylər ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.