Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Tarix yazan lider- İlham Əliyev”

Oktyabrın 14-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Kamil Əliyev adına Naxçıvan  Dövlət Xalça Muzeyi və Bəhruz Kəngərli Muzeyinin birgə təşkilatçılığı ilə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin  20 illiyi münasibətilə  “Tarix yazan lider - İlham Əliyev” adlı tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli açaraq bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib.   

    Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar rəssamı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu bütün hədəflər  uğurla yerinə yetiririb.

Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva vurğulayıb ki,  dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını daha da artırdı.

Tədbir digər çıxışlarla davam edib. Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova və Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı  Sabir Məmmədov çıxış edərək  ölkəmizdə mədəniyyətin inkişafı, tanıdılması sahəsində aparılan uğurlu siyasətdən, sənət adamlarının yaradıcılığına verilən  yüksək qiymətdən danışıblar.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

14.10.2023