Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Tarixi-mədəni abidələrin yerləşdiyi ərazilərdə xüsusi məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvanın zəngin tarixi-mədəni irsinin daha geniş şəkildə təbliği, tarixi-mədəni abidələrin əhəmiyyətinin ictimaiyyətə çatdırılması və bu irs nümunələri haqqında ətraflı məlumatların ziyarətçilər üçün əlçatanlığının təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. 

Bu məqsədlə tarixi-mədəni abidələrin yerləşdiyi ərazilərdə xüsusi məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur.
 
Məlumat lövhələrində abidələrin tarixi, yaranma dövrü, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə məlumatların əks etdirilməsi planlaşdırılır. 

Həyata keçiriləcək bu tədbir həm yerli əhalinin, həm də Naxçıvana səfər edən yerli və xarici turistlərin tarixi-mədəni irs nümunələri haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradacaq.

 Eyni zamanda, abidələrin tanıdılması və onların qorunmasına ictimai marağın artırılmasına mühüm töhfə verəcək.