Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Teatr Çələngi" layihəsi davam edir

25 aprel saat 19:00-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "Teatr Çələngi" layihəsi çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı İlyas Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyası nümayiş olundu. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılandı.
Tamaşanın sonunda çıxış edən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov və Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri İman Alırzayev tamaşaçılara təşəkkürlərini bildiriblər.
Layihə çərçivəsində növbəti çıxışlar da nəzərdə tutulub. 16 mayda Ordubad Rayon Xalq Teatrı, 30 mayda Babək Rayon Xalq Teatrı, 13 iyunda Şahbuz Rayon Xalq Teatrı, 27 iyunda isə Naxçıvan Şəhər Xalq Teatrı Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində öz tamaşalarını təqdim edəcəklər.