Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

TİKA Türkiyənin muzeyşünaslıq sahəsində təcrübəsini Azərbaycanla bölüşür.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Mədəni İrs və Muzeylər Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan ekspertlər üçün muzeyşünaslıq və mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində təcrübə mübadiləsi proqramı təşkil edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 4 nəfərlik ekspert heyəti Türkiyənin muzeyşünaslıq, tarixi tikililərin və mədəniyyət sərvətlərinin mühafizəsi və bərpası sahələrində təcrübəsi ilə bağlı məlumat mübadiləsi məqsədilə Ankarada təmaslar keçirib. TİKA və Mədəni İrs və Muzeylər Baş İdarəsi ilə birgə təşkil olunan proqram çərçivəsində Naxçıvandan olan mütəxəssislər Ankara Etnoqrafiya Muzeyi, Rəsm və Heykəl Muzeyi, Anadolu Mədəniyyətləri Muzeyi və Erimtan Arxeologiya və Sənət Muzeyini ziyarət edərək muzeyşünaslıq sahəsində səlahiyyətlilərdən məlumat alıblar. Mütəxəssislər Mədəni İrs və Muzeylər Baş İdarəsinə tabe olan laboratoriyalarda mədəniyyət sərvətlərinin konservasiyası və bərpası sahəsində Türkiyə təcrübəsi ilə bağlı praktiki araşdırmalarda iştirak ediblər.