Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlərinin laureatı, görkəmli bəstəkar Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Əvvəlcə akademik Rafael Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, musiqişünas Günay Məmmədova çıxış edərək bəstəkarın milli musiqi irsimizdəki yerindən söz açıblar.
Ağaverdi Paşayevin rəhbərliyi, eləcə də İlahə Hüseynova və Elman Əliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlər - Səbinə Əlizadə, Gülnaz İsmayılova, Talıb İsgəndərli, Şahnaz Əliyeva, Fikrət Məmmədov, Cavid Hüseynli, Ruzə İbişova, Almaz Orucova, Nuriyyə Hüseynova, Fəxri Kazım-Nicat, Leyla Dadaşova və Gülüstan Əliyevanın iştirakı ilə dinləyicilərə olduqca zəngin proqram təqdim olunub.
Konsert Tofiq Bakıxanovun “Naxçıvan” simfoniettasının III hissəsi olan “Cəngi” ilə açılıb. Ardınca “Gözəlliklər nəğməkarı, “Arpaçay”, “Səbr eylə”, “Nurlu Naxçıvan”, “Yadıma düşdü”, “Min bir kəlam kimi” əsərlər səsləndirilib.
Konsert Tofiq Bakıxanovun zəngin yaradıcılığının müxtəlif çalarlarını dinləyicilərə nümayiş etdirilib. Bəstəkarın 95 illik yubileyinə həsr edilmiş bu konsert proqramı onun irsinə dərin ehtiramın ifadəsi olaraq böyük coşqu ilə yekunlaşıb.