Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Türkiyədə möhtəşəm sənət gecəsi!

M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Türkiyənin Erzurum şəhərində “Elçilik” tamaşasını böyük uğurla təqdim edib. İlk dəqiqələrdən etibarən tamaşa teatrsevərlərin böyük marağı və alqışları ilə qarşılanıb. Tamaşanı izləyənlər arasında Ərzurum Valisi Aydın Baruş da yer alıb.
Tamaşanın sonunda çıxış edən vali Aydın Baruş səhnə əsərinin yüksək peşəkarlıq və xüsusi teatr estetikası ilə təqdim olunduğunu vurğulayaraq tamaşanın rejissoru Səyyad Məmmədov və teatr kollektivini təbrik edib. O, Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən qardaşlıq münasibətlərinin mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndiyini bildirib.
Daha sonra çıxış edən Səyyad Məmmədov Azərbaycan–Türkiyə birliyinin yalnız siyasi deyil, həm də mənəvi və mədəni bağlarla yaşadığını qeyd edib. O bildirib ki, sənət xalqları birləşdirən ən böyük körpüdür və “Elçilik” tamaşasının Ərzurum səhnəsində nümayişi də bu qardaşlığın parlaq nümunəsidir.
Tədbirin sonunda Səyyad Məmmədov tərəfindən Ərzurum Valisi Aydın Baruşa xatirə hədiyyəsi təqdim olunub.