Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalı 11 may tarixində təntənəli şəkildə yekunlaşıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalı 11 may tarixində təntənəli şəkildə yekunlaşıb.
Festivalın bağlanış mərasimində ölkənin müxtəlif teatr kollektivləri — S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı festivalda nümayiş etdirdikləri tamaşalara görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov “Şərqin qapısı” teatr festivalının ölkənin teatr mühitində mühüm mədəni hadisə olduğunu vurğulayaraq, Naxçıvan teatr kollektivini bu mötəbər sənət bayramının uğurla təşkil olunması münasibətilə təbrik edib. O, festival münasibətilə hazırlanmış xüsusi hədiyyəni C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərova təqdim edib.
Bağlanış mərasimindən sonra tamaşaçılara C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 8–11 may tarixlərini əhatə edən “Şərqin qapısı” teatr festivalı çərçivəsində müxtəlif tamaşalar, ustad dərsləri, panel görüşlər və yaradıcılıq müzakirələri təşkil olunub. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına töhfə vermək, yaradıcı kollektivlər arasında sənət əlaqələrini genişləndirmək və milli teatr ənənələrinin təbliğini gücləndirmək olub.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.