Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Mayın 8-də Qıvraq Qəsəbə İncəsənət Məktəbininin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz “Arşın Mal Alan” operettasını Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin konsert zalında uğurla nümayiş etdirdilər.
Tədbirdən öncə məktəbin müəllimi Nigar Qurbanova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı naminə gördüyü misilsiz xidmətlərdən bəhs etdi. Daha sonra tamaşa iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Səhnə əsərinin quruluşçu rejissoru məktəbin gənc müəllimi Qabil Qafarov, quruluşçu xoreoqrafı isə Fəxrəndə Məmmədovadır.
Milli musiqimizin və səhnə sənətimizin incilərindən olan “Arşın Mal Alan” operettasının məktəblilər tərəfindən səhnələşdirilməsi tamaşaçılarda xoş təəssürat yaratdı və milli-mədəni irsimizə olan bağlılığın bariz nümunəsinə çevrildi.