Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ulu öndərin anım gününə həsr olunmuş interaktiv dərs keçirilib

     12 dekabr  müasir Azərbaycanın banisi, dünya şöhrətli siyasətçi və dövlət xadimi Ümummilli lider Heydər Əliyevin anım günüdür.

     Bu münasibətlə dekabrın 11-də Heydər Əliyev Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin  şagirdləri üçün interaktiv dərs keçirilib. Dərs muzeyin bələdçisi Aygül Xəlilova tərəfindən aparılıb. İnteraktiv dərs zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, ölkəmizdə Ulu öndərin adına yaradılan ilk muzey olan Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin ailəsinə, uşaqlıq və gənclik illərinə, siyasi fəaliyyətinə dair  qiymətli eksponatlar, tarixi sənədlər, fərman və sərəncamlar nümayiş olunur. Ümummilli liderin həyat və fəaliyyətinə dair bir-birindən dəyərli beş mindən artqı eksponatın qorunub saxlanıldığı muzey, həm də muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi tədqiqat müəssisədir.

İnteraktiv dərs zamanı Ulu öndərin keçdiyi şərəfli və örnək həyat yolunu özündə əks elətdirən çap məhsulları, Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq məhz dahi liderin rəhbərliyi ilə Naxçıvanda qəbul edilmiş tarixi qərar və sərəncamlar, istifadə etdiyi xatirə əşyaları, müdrik rəhbərin şərəfinə toxunan xalçalar və digər eksponatlar barədə ətraflı məlumat verilib.