Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” qeyd olunub

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin, kitabxana əməkdaşlarının və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli qeyd edib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı, şair, dramaturq Asim Yadigar, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemət çıxış edərək vurğulayıblar ki 1995-ci il noyabrın 15-də UNESCO-nun Parisdə keçirilən Baş Konfransında qəbul edilmiş qərara əsasən hər il aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir. Kitaba və müəlliflərə hörmət əlaməti olaraq təsis edilən bu əlamətdar gün 1997-ci ildən etibarən hər il ölkəmizdə də çoxsaylı tədbirlərlə qeyd edilir.
Sonra Ümumdünya Kitab və Müəlliflik Hüquqları Gününə həsr olunmuş videoçarxa və sərgiyə baxış keçirilib.