“Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Dövlət Tarix Muzeyində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva açmışdır. Giriş sözündən sonra Dövlət Bayraq Muzeyinin direktoru Rəmzi Hüseynov “Heydər Əliyev şəxsiyyəti Azərbaycan üçün əbədidir”, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva “O, Heydər ömrüdür, sönməyəcəkdir”, muzeyin bələdçisi Həsənli Kübra “Ulu öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzularında çıxışlar etmişlər.
Tədbirin sonunda muzeyin bələdçisi Orucova Lalə “Naxçıvanın Muxtariyyəti tarixi nailiyyətdir” adlı guşə və “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş sərgi haqqında məlumat vermişdir.