Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Gənc İstedadların Dram Dünyası” teatr müsabiqəsinin final mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərini əhatə edən müsabiqənin finalı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub. Final mərhələsində 11 komanda iştirak edərək müxtəlif mövzularda hazırladıqları tamaşa və səhnəcikləri təqdim edib.
İştirakçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən Naxçıvan şəhər komandası birinci yerə layiq görülüb. Şahbuz və Ordubad komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərin sahibi olublar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşdırılan müsabiqə məktəblilər arasında teatr sənətinin təbliği, yaradıcılıq potensialının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, həmçinin səhnə mədəniyyəti və nitq bacarıqlarının formalaşdırılması məqsədi daşıyır.
Qaliblərin mükafatlandırılması mərasimi iyunun 8-də saat 15:00-da Naxçıvan Dövlət Uşaq Teatrında keçiriləcək.