Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında Muxtar Respublika Müsabiqəsinə start verilib
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Layihə çərçivəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri təsdiq olunmuş proqram əsasında çıxış edərək öz ifaçılıq bacarıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, hazırda bölgə turu mərhələsi davam edən müsabiqədə iştirakçılar hər nominasiya üzrə müvafiq münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilir.
Region turu və iki əsas turdan ibarət olan müsabiqənin final mərhələsində qaliblərin mükafatlandırılması və konserti Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ərəfəsinə təsadüf edəcək.
Müsabiqənin əsas məqsədi şagirdlərin ifaçılıq qabiliyyətlərini üzə çıxarmaq, onların Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə və muğama marağını artırmaqdır. Eyni zamanda, layihə gənc istedadların erkən yaşlardan peşəkar səhnə təcrübəsi qazanmalarına şərait yaratmağına hədəflənir.