Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünə həsr olunmuş "Sən Elə Bir Zirvəsən" adlı konsert keçirilib.
Konsert proqramında Azərbaycan tarixində silinməz izlər qoyan Ulu Öndərin xatirəsinə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib, Ümummilli Liderin Azərbaycan xalqına göstərdiyi böyük xidmətləri ilə bağlı videoçarx nümayiş olunub.
Konsertdə Heydər Əliyevin sevdiyi "Küçələrə Su Səpmişəm", "Alagöz" mahnılarının sədaları altında rəqs nömrələri ifa edilib. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri Neymət Quliyevin, Namiq Vəliyevin, Elxan Əkbərovun ifalarında Vətəni və Ulu Öndəri tərənnüm edən mahnılar səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.