Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Uşaq İncəsənət Festivalı 2025" in Naxçıvanlı qalibləri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı-2025" də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən İncəsənət Məktəblərinin bir sıra şagirdləri qalib olub.
Festivala muxtar respublikadan qatılan şagirdlər final mərhələsində 43 fərdi, 4 kollektiv nominasiya üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunub.
Festivalda Naxçıvan şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbindən qatılan Fatimə Hüseynzadə - II yer,

Naxçıvan Şəhər 2 nömrəli İncəsənət məktəbinin İncilər Rəqs kollektivi - III yer,

Ordubad Şəhər İncəsənət Məktəbinin şagirdi Qumru Fərəcova -  III yer,

Ordubad Şəhər İncəsənət Məktəbinin Xor kollektivi - II yerə layiq görülüb.

Qaliblərimizi təbrik edir gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!