Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.
Müsahibə 14-16 mart 2024-cü il tarixləri arasında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçiriləcək.
Qeydiyyatdan keçmiş və sənədlərini aidiyyəti üzrə təqdim etmiş namizədlər müsahibənin keçiriləcəyi yer və tarixlə bağlı qrafiklə Nazirliyin nculture.gov.az saytının işə qəbul bölməsinə daxil olaraq tanış ola bilərlər.
Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılacaq. Namizədlər imtahanın keçiriləcəyi binaya qrafikdə qeyd olunan vaxtdan ən azı 30 dəqiqə əvvəl gəlməlidir.
Qeyd: Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:
- Şəxsiyyət vəsiqələrini
- İxtisasına uyğun musiqi alətini (fortepiano istisnadır)
Müsahibədə iştirak edəcək namizədlər müsahibə qrafiki ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərlər:
(https://drive.google.com/file/d/1FjxVcwlGdprrxd4g0Ic-sjcaUObxq4fD/view?usp=drive_link)
Namizədlər həmçinin qeyd olunan linkə Nazirliyin saytı və İnstagram səhifəsinin status bölməsindən daxil ola bilərlər.