Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinin qrafiki açıqlanıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq müəllimlərin işə qəbulu üçün 02 may 2024-cü il tarixdə elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.

Müsahibə mərhələsi 12 avqust 2024-cü il tarixində Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçiriləcək.

Qeydiyyatdan keçmiş və sənədlərini aidiyyəti üzrə təqdim etmiş namizədlər müsahibənin keçiriləcəyi yer, tarix və saatla bağlı qrafiklə Nazirliyin nculture.gov.az saytının işə qəbul bölməsinə daxil olaraq tanış ola bilərlər.

Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı işə qəbul qaydaları və müsahibə proqramında qeyd olunmuş meyarlar üzrə yoxlanılacaq. Namizədlər imtahanın keçiriləcəyi binaya qrafikdə qeyd olunan vaxtdan ən azı 30 dəqiqə əvvəl gəlməlidir.

Qeyd: Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:

- Şəxsiyyət vəsiqələrini

- Dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali (orta ixtisas) təhsili müəssisəsini bitirmə haqqında sənədi

- İxtisasına uyğun musiqi alətini (fortepiano istisnadır)

Müsahibədə iştirak edəcək namizədlər müsahibə qrafiki ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərlər:

https://nculture.gov.az/storage/pdf/allpdf/M%C3%9CSAH%C4%B0B%C6%8F%20QRAF%C4%B0K%C4%B0.pdf

Namizədlər həmçinin qeyd olunan linkə Nazirliyin saytı və İnstagram səhifəsinin status bölməsindən daxil ola bilərlər.