"Uşaqlar dünyanın ən böyük səadətidir" adlı tədbir keçirilib
İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Beynəlxalq Uşaq Kitabı Günü" ilə əlaqədar adlı tədbir keçirilib.
Tədbirin giriş sözü ilə açan kitabxananın direktoru Minayə Nəbisoy qeyd edib ki, Azərbaycanda uşaq ədəbiyyatının yaranması hələ keçən əsrin 20-ci illərinə təsadüf edir. Hər il bütün dünyanın bu günü qeyd etməsində əsas məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin üzvü Məftunə Nur "Yaradıcılığımda uşaqların dünyası" mövzusunda çıxış edərək uşaqlardan bəhs edən şeir nümunələri haqqında maraqlı təhlillər aparıb.
Sonda "Beynəlxalq Uşaq Kitabı Günü"nə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.