Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Üzeyir Dünyası-140 illik irs” mövzusunda tədbir keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri muzeyin direktoru Aləmzər İbrahimova giriş sözü ilə açaraq Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verib.
2№ li İncəsənət Məktəbinin nəzəri fənlər şöbəsinin müdiri Nəcibə Qafarova Üzeyir Hacıbəylinin musiqişünas-alimlik fəaliyyətindən danışıb.
Muzeyin baş elmi işçisi Nərmin Nuriyeva Üzeyir Hacıbəylinin felyetonlarını, bələdçisi Turanə Əkbərova dahi şəxsiyyətlərin Üzeyir bəy haqqında söylədiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin bədii hissədəsində Naxçıvan şəhər 2 №-li İncəsənət Məktəbinin müəllimi Bayramov Səxavətin rəhbırliyi ilə məktəbin şagirdləri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Ərəb marşı"-nı ifa ediblər.
Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəyliyə həsr olunmuş guşə ilə tanış olublar.