Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib

23 sentyabr tarixdə  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində  görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert  keçirilib.
Üzeyir Hacıbəylinin "Koroğlu” Operasından "Uvertura" ilə başlayan konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Mehbarə Cəfərova, Azərbaycan Respublikasının Əməkdar artisti Tural Abdullayev  Ramiz Mirişlinin “Dalğalar”, ”Bir xumar baxışla”, “Vətənimsən” mahnılarını ifa ediblər.
 Naxçıvan Dövlət Filarmoniyasının solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar  artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyev, Nərmin Hüseynova, İlkin Abdullayev,  "Naxçıvan təranələri”, "İlhama gəldi”, "Səadət”, "Sevdalandım yaz gəlincə”, "Həyat söylə, sən kiminsən” və digər ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.
Qeyd edək ki, konsertdə  Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri və Mahnı və Rəqs Ansamblı solistləri müşayiət edib. Dirijorlar Cahangir Qurbanov və Elvin Əliyarov, Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevdir.