Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı alətləri ifaçılarının və xanəndələrin Respublika müsabiqəsinin qalibləri təltif edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 19-23 aprel tarixlərində Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr edilmiş Xalq çalğı alətləri ifaçıları və xanəndələrin Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin balaban ixtisası üzrə V sinif şagirdi İbrahim Abdullayev balaban nominasiyası üzrə I yerin qalibi, Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Murad Babazadə tar nominasiyası üzrə III yerin qalibi olmağı münasibətilə təltif edilib.