Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş konsert keçirilib

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş konsert keçirilib.
Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan konsertdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət işçiləri, musiqi məktəblərinin müəllim və şagirdləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha Sonra konsert proqramı təqdim olunub. Məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin xalq mahnılarımızı səsləndiriblər.
Rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən böyük coşğu və alqışlarla qarşılanıb.
Sonda Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları Həcərxanım Məmmədova, İmamqulu Əhmədov və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin kafedra müdiri İsmayıl Mürsəlov və Vənənd Kənd Uşaq Musiqi Məktəbinin direktoru Səmra Əliyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konsertdə uğurla çıxış edən müəllim və şagirdlərə, eləcə də məktəbin bütün kollektivinə gələcək fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.
Həmçinin məktəbdə fərqlənən şagirdlərə direktor Səmra Əliyeva tərəfindən təşəkkürnamələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Vənənd Kənd Uşaq Musiqi Məktəbi 1980-cı ildən Ordubad Şəhər Uşaq Musiqi məktəbinin filialı kimi fəaliyyyətə başlayıb. 1982-ci ildən fəaliyyətini müstəqil davam etdirir. 13 yanvar 2020-ci il tarixdən məktəb yeni tikilən binada fəaliyyət göstərir.